Şriftin ölçüsü :

Saytın rəngi :

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilmişdir

02 dekabr 2023 | 18:11

Ağcabədidə Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.

Növbəti belə tədbirlərdən biri də dekabrın 1-də rayon icra hakimiyyəti tərəfindən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda keçirilən dəyirmi masadır. Ağcabədi rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə təşkilatçı qurumun, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman Sektorunun, Mərkəzin məsul əməkdaşları, qazilər, idmançılar, ümumtəhsil məktəblərinin şagirdləri, könüllülər və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva Azərbaycanın qurtuluş tarixinin Ulu öndərin adı ilə bağlı olmasından, onun rəhbərlik etdiyi dövrlərdə ölkəmizin hərtərəfli inkişafından söz açıb. O, bildirib ki, ümummilli liderin başlatdığı mühüm işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu gün işğaldan azad edilən bölgələrimizdə üçrəngli bayrağımız qürurla dalğalanır.

Sonra Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman Sektorunun rəis müavini Eldəniz Qənbərov, III dərəcəli Vətən müharibəsi əlili Cavid Allahverdiyev, Heydər Əliyev Mərkəzinin direktor əvəzi, Vətən müharibəsi iştirakçısı Ruhin Hüseynov, “Aran Ağcabədi” tv-nin aparıcısı Pərvin Şakirqızı çıxışlarında xalqın təkidi ilə hakimiyyətə gələn dahi liderin dövlətimizin tarixində əsaslı dönüş etməsindən, 1994-cü ilin mayın 12-də atəşkəs müqaviləsinin imzalanmasından, müstəqil Azərbaycanın sosial-iqtisadi inkiaşfında mühüm əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanmasından, Azərbaycan gəncliyinin mütəşəkkil formada yetişdirilməsi naminə atdığı addımlardan danışıblar.

Daha sonra GKİM könüllüsü Nuranə Bəylərova, 9-cu sinif şagird Əminə Əliyeva da söz alaraq çıxış ediblər. Yekunda Heydər Əliyev Mərkəzi tərəfindən dahi liderə həsr olunmuş videoçarx nümayiş olunub.

Keçidlər