Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

“Memarlıq və şəhərsalma ili” çərçivəsində “Gənclərin hüquq və vəzifələri, onların narkotik vasitələrinə qarşı mübarizədə rolu” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

15 aprel 2026 | 18:12

2026-cı il aprelin 15-də Ağcabədi Pedaqoji Kolleci PHŞ-də “Memarlıq və şəhərsalma ili” çərçivəsində “Gənclərin hüquq və vəzifələri, onların narkotik vasitələrinə qarşı mübarizədə rolu” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbir aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuşdur. Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları Rüstəm Xudiyev və Əbülfət Hacıyev, Ağcabədi Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin əməkdaşı Aygün Qasımlı, Gənclər və İdman Nazirliyinin Qarabağ Regional İdarəsinin Ağcabədi sektorunun əməkdaşı Eldəniz Qəmbərov, eləcə də təhsil müəssisəsinin müəllim və tələbə heyəti iştirak etmişlər.

Çıxışlar zamanı narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyət üçün yaratdığı ciddi təhlükələr barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, bu kimi zərərli halların yayılması insan sağlamlığına, xüsusilə gənclərin fiziki və mənəvi inkişafına mənfi təsir göstərir. Bildirilmişdir ki, narkotik vasitələrə aludəçilik yalnız fərdin deyil, bütövlükdə cəmiyyətin gələcəyi üçün ciddi təhlükə mənbəyidir və bu istiqamətdə profilaktik tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda gənclərin hüquq və vəzifələri, onların hüquqlarının qorunması, sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərdən uzaq durmalarının vacibliyi diqqətə çatdırılmışdır. Vurğulanmışdır ki, gənclərin düzgün istiqamətləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və davamlı maarifləndirilməsi bu kimi neqativ halların qarşısının alınmasında mühüm rol oynayır.

Bununla yanaşı, aidiyyəti qurumlar tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri, mövcud qanunvericilik və bu sahədə nəzərdə tutulan hüquqi məsuliyyət barədə iştirakçılara ətraflı məlumat təqdim olunmuşdur.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.

Keçidlər