Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Kürdlər kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

22 oktyabr 2025 | 17:03
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun vətəndaşlarla görüşü oktyabrın 22-də Kürdlər kəndində təşkil olunub. Öncə Kürdlər kənd tam orta məktəbinin həyətində şəhidlərimizin xatirə lövhəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov bildirib ki, hər zamankı kimi, qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın məsul şəxsləri, digər aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edirlər. Məqsəd isə sakinlərin təkliflərini, çətinlik və problemləri dinləmək, bu problemlərin həlli istiqamətində müvafiq addımlar atmaqdır.
Sonra kənd sakinlərinə söz verilib. Sakinlər öz çıxışlarında bir sıra məsələlərə toxunublar. İçməli su ilə bağlı ümumilikdə kənddə yaşanan problem diqqət çəkib. Bununla bağlı aidiyyəti qurumla fikir mübadiləsi aparılıb və bu məsələnin diqqətdə saxlanılaraq növbəti ildə plana salınması ilə bağlı tapşırıq verilib. Qəbul iştirakçıları həmçinin heyvanlar arasında geniş yayılan dabaq xəstəliyi ilə bağlı da narahatlıqlarını bildiriblər. İcra başçısı hazırda vəziyyətin ürəkaçan olmadığını bildirib, lakin müvafiq addımların atıldığını, bir neçə saat öncə dövlət başçısının “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında” Qanunu təsdiqlədiyini diqqətə çatdırıb və bunun ölkədə heyvan sağlamlığının qorunmasına, bu sahədə risklərin azalmasına imkan yaradacağını qeyd edib. Həmçinin, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında oktyabrın 25-dən etibarən müvəqqəti məhdudiyyətlərin olacağını da diqqətə çatdıran rayon rəhbəri bunun da sağlamlaşdırma tədbirlərinin görülməsi məqsədilə tətbiq olunacağını bildirib.
Görüşdə yalnız problemlər səsləndirilməyib. Görülən işlərlə bağlıı minnətdarlıqlar da bildirilib ki, bunlardan biri də Ağcabədi Rayon Polis şöbəsinə ünvanlanıb. Belə ki, polis şöbəsinin həyata keçirdiyi işlər, maarifləndirici tədbirlər sayəsində ötən illərlə müqayisədə kənddə zərərli vərdişlərə marağın azaldığı, gənclərin təhsilə, elmə daha çox meyilləndiyi diqqətə çatdırılıb.
İcra başçısı məsələyə münasibət bildirərək sakinlər arasında bunun hiss edildiyinin çox yaxşı bir hal olduğunu söyləyib, ümumilikdə hüquq mühafizə orqanlarının bu istiqamətdə gördüyü işləri xüsusi vurğulayıb. Rayon rəhbəri həmçinin bu kimi halların qarşısının alınmasında sakinləri də fəal olmağa, aidiyyəti qurumlara vaxtında məlumat verməyə çağırıb.
Keçidlər