Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Köyük kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

17 dekabr 2025 | 19:13

Köyük kəndində keçirilən səyyar qəbulda qəbulda hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər.

Öncə icra başçısı Rafil Hüseynov çıxış edib. O, kənddə mövcud olan bir sıra problemlərdən, həmçinin ötən illərdə qaldırılan və artıq həllini tapmış olan məsələlərdən danışıb.

Sonra sakinlərə söz verilib. Dövlətimizin həyata keçirdiyi işlərdən, ökə başçısının uğurlu siyasətindən söz açan sakinlər tərəfindən qeyd olunub ki, ümumilikdə kənddə su, qaz, işıqla bağlı problemlər həll olunub, bir ədəd subartezian quyusu bərpa edilib, bələdiyyə tərəfindən kəndarası yollar düzəldilib. Bununla yanaşı kənddə bir neçə diqqətə çatdırılmalı məsələ var ki, onlardan biri kənd məktəbinin qazlaşdırılmasıdır. Həmçinin, subartezian quyusu ilə aradakı böyük məsafə səbəbindən əkin sahəsini suvarmaqda çətinlik çəkən vətəndaşın da təklifləri dinlənilib. Hər bir məsələyə münasibət bildirilib, müvafiq addımların atılacağı qeyd olunub.

Keçidlər