Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

"Konstitusiya və Suverenlik İli" çərçivəsində təmizlik aksiyası keçirilmişdir.

08 avqust 2025 | 12:18
08.08.2025-ci il tarixdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü ilə Ağcabədi Şəhər Kommunal Təsərrüfatı İdarəsinin, Ağcabədi Rayon Yaşıllaşdırma və İşıqlandırma İdarəsinin, 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, Ağgöl Milli Parkının əməkdaşlarının və "Asan" könüllülərinin iştirakı ilə təmizlik aksiyası keçirilmişdir.
Təmizlik aksiyası zamanı 0,4 ha ərazidə pərakəndə şəkildə atılmış 180 kq tullantı toplanaraq xüsusi ayrılmış nəqliyyat vasitəsinə yığılaraq zərərsizləşdirilməsi üçün şəhər poliqonuna daşınmışdır. Ümumilikdə 65 nəfərin iştirakı ilə keçirilən təmizlik aksiyası zamanı iştirakçılarla "Məişət Tullantılarının idarə edilməsi" mövzusunda maarifləndirici söhbət aparılmışdır.
Keçidlər