“Konstitusiya və Suverenlik ili” çərçivəsində “Talassemiyasız həyat naminə” adlı qanvermə aksiyası keçirilib.
19 dekabr 2025 | 19:41
Dekabrın 19-da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında“Konstitusiya və Suverenlik ili” çərçivəsində “Talassemiyasız həyat naminə” adlı qanvermə aksiyası keçirilib.
Səhiyyə Nazirliyi Respublika Qan Bankının əməkdaşları tərəfindən həyata keçirilib. Aksiyada Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.
“Talessemiyasız həyat naminə” layihəsi əsasında keçirilən qanvermə aksiyasının əsas məqsədi qana ehtiyacı olan talessemiya xəstələrinin, habelə emofiliya xəstələrinin müalicəsində istifadəsi, eyni zamanda qan ehtiyatının artırılmasıdır. Aksiyada hər kəs həkim müayinəsindən keçib və yüz nəfərdən artıq şəxs qan verib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən həyata keçirilən qanvermə aksiyası respublikanın bütün şəhər və rayonlarını əhatə edir.






