“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gender bərabərliyi” mövzusunda panel görüş təşkil olunub.
İyunun 19-da Ağcabədi regional “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gender bərabərliyi” mövzusunda panel görüş təşkil olunub.
Tədbir Ağcabədi Rayon İcra Hakimiyyəti, Ağcabədi 1 saylı Mediasiya Təşkilatı və "Aran" qəzetinin birgə əməkdaşlığı ilə “Bərabərliklə güclənən cəmiyyət” başlığı altında baş tutub.
Panel görüşündə spiker qismində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və hümanitar məsələlər şpbəsinin müdiri Vüsalə Məmmədova, Ağcabədi 1 saylı Mediasiya Təşkilatının rəhbəri Aygün Kərimova və “Aran” qəzetinin baş redaktoru Məhsəti Musa çıxış ediblər.
Tədbirdə gender bərabərliyinin cəmiyyətin inkişafındakı rolu, hüquqi və sosial aspektləri, maarifləndirmə tədbirlərinin əhəmiyyəti və bu istiqamətdə mediasiyanın rolu müzakirə olunub. Görüş iştirakçıların sualları və interaktiv fikir mübadiləsi ilə davam edib.






