“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağcabədidə növbəti ağacəkmə aksiyası keçirilib
26 aprel 2025 | 18:25
“Konstitusiya və Suverenlik İli” çərçivəsində aprelin 26-da Bəhrəmtəpə-Mingəçevir magistral yolunun Qaradolaq kənd ərazidindən keçən hissəsində növbəti ağacəkmə aksiyası keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada Ağcabədi Yaşıllaşdırma və İşıqlandırma idarəsi, Kommunal Xidməti Mənzil İstismarı idarəsi, Ağcabədi rayon Təhsil sektoru, Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi, Gigiyena və Epidemologiya mərkəzinin kollektivləri, eləcə də inzibati ərazi dairələri üzrə icra nümayəndəlikləri və könüllülər iştirak ediblər. Adıçəkilən ərazidə iştirakçılar tərəfindən 150-si tuya, 100-ü sərv olmaqla, ümumilikdə 250 ağac əkilərək aqrotexniki qaydada suvarılıb.
Qeyd edək ki, rayon icra hakimiyyətinin nəzərdə tutulan tədbirlər planına müvafiq olaraq ilin əvvəllindən rayon ərazisində belə aksiyalar mütəmadi olaraq həyata keçirilir, bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.