Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və suverenlik ili” çərçivəsində Ağcabədi rayonunun ümumtəhsil məktəblərində “Uşaq və yeniyetmələrin hüquq və vəzifələri” mövzusunda tədbir keçirilmişdir.

23 aprel 2025 | 15:25

“Konstitusiya və suverenlik ili” çərçivəsində  Ağcabədi rayonunun ümumtəhsil məktəblərində “Uşaq və yeniyetmələrin hüquq və vəzifələri”  mövzusunda keçirilən maarifləndirmə tədbirləri davam edir. Növbəti tədbir Ağcabədi Rayon İcra Hakimiyyətinin,  Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin , “Aran” qəzetinin iştirakı ilə aprelin 22-də şəhər  5 və 6 nömrəli tam orta məktəblərdə, aprelin 23-də isə şəhər 7 saylı tam orta məktəbində keçirilib. Görüşlərdə hərzamankı kimi məktəblərin rəhbərliyi, psixoloqları, uşaq birliklərinin rəhbərləri və  VIII-XI sinif şagirdləri iştirak ediblər.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini,  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, həmin şöbənin baş məsləhətçisi Sevinc Niftalıyeva, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Ailə Sağlamlıq Mərkəzinin mama-ginekoloqları Familə Məmmədova, İradə Məmmədova, Tünzalə İsnmayılova, “Aran” qəzetinin redaktoru Məhsəti Musa şagirdlərlə xüsusi söhbət aparıb, erkən nikaha cəlb edilən şəxslərin qarşılaşa biləcəyi problemlərdən, xüsusilə qızların yaşaya biləcəkləri sağlamlıq problemlərindən, mənəvi, psixoloji sarsıntılardan, bunların qarşılığında ala biləcəkləri daha böyük zərbələrdən söz açaraq şagirdləri təhsil almağa, yaxud hər hansı bir peşəyə sahiblənməyə, öz hüquqlarını bilməyə, yanlış istiqamətlərdən çəkinməyə çağırıblar. Görüşdə zərərli vərdişlərdən, o cümlədən son zamanlar yeniyetmələrin evdən qaçma hallarının çoxalmasından da söz açan çıxışçılar bunlarınn səbəb və nəticələrini izah edərək şagirdlərin bir çətinliklə üzləşdikdə çıxış yolunu qaçmaqla həll etməyə çalışmamalı, aidiyyəti şəxslərə müraciət edərək köməklik istəməli olduqlarını izah ediblər. Məktəb rəhbərliyinin, məktəb psixoloqunun, Ağcabədi Rayon İcra Hakimiyyətinin bu işlərdə onlara yardımçı ola biləcəklərini, məxfiliyin qorunacağını bildiriblər.

Mövzu ətrafında şagirdlərlə də fikir mübadiləsi aparılıb.

Keçidlər