Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı naziri Ağcabədidə təsərrüfatlara baş çəkib

12 iyul 2023 | 10:57

Ağcabədi rayonuna səfər edən Məcnun Məmmədov Qarabağ Atçılıq Kompleksinə, Ağcabədi Toxum Emalı Zavoduna baş çəkib. Qarabağ Atçılıq Kompleksində damazlıq-seleksiya işlərinin təşkili, atların saxlanma şəraiti və yem tədarükü prosesi ilə tanış olan nazir öz tapşırıq və tövsiyələrini verib. Nazir, həmçinin Ağcabədi Toxum Emalı Zavodunda toxumluq materialın qəbulu, çeşidlənməsi, dərmanlanması və qablaşdırılması prosesi ilə maraqlanıb.

Kənd təsərrüfatı naziri Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə də baş çəkib, kollektivlə görüşüb, rayon üzrə yaş barama tədarükü, taxıl biçininin gedişi, yazlıq əkinlər, heyvandarlıq müəssisələrinin fəaliyyəti, payızlıq əkinlərin bəyanı prosesinə hazırlıq işləri barədə fikir mübadiləsi aparıb.

Keçidlər