Şriftin ölçüsü :

Saytın rəngi :

İtkin düşən hərbiçimizin evi əsaslı təmir olunub

17 noyabr 2022 | 17:23

Xeyirxahlıq xalqımıza məxsus olan ən nəcib keyfiyyətlərdən biridir.
Buna misal olaraq iş adamı, xeyriyyəçi Nizami Allahverdiyev tərəfindən 2-ci Qarabağ müharibəsi itkini, Azərbaycan ordusunun əsgəri Mehdiyev Asim Yaqub oğlunun evini əsaslı təmir etdirilərək onu ailəsinə təqdim edilməsini misal göstərə bilərik.
Bugünlərdə rayon rəhbərliyi media nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, kənd sakinlərinin iştirakı ilə sözügedən evin açılış mərasimi oldu.
Mərasimdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Nizami Allahverdiyev, “N” saylı hərbi hissənin komandir müavini, mayor Samiddin Zamanov və başqaları çıxış edərək 44 günlük müharibədə itkin düşmüş Asim Mehdiyevin şərəfli döyüş yolundan söz açdılar.
Daha sonra evin açılış mərasimi baş tutdu.
Qeyd edək ki, iş adamı Nizami Allahverdiyevin təşkilatçılığı ilə əsaslı təmir olunan bu ev olduqca rahatdır və yaşayış tələbələrinə tam cavab verir. Eyni zamanda, ev ən müasir məişət avadanlıqları ilə də təmin olunub.
Sonda Asim Quliyevin valideynləri evin ərsəyə gəlməsində zəhməti keçən insanlara öz təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, Mehdiyev Asim Yaqub oğlu 2001-ci il yanvarın 1-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Üç bacının tək qardaşı olan Asim valideynləri ilə sonuncu dəfə 2020-ci il noyabrın 7-də telefonla danışıb. O gündən Asimin ailəsinin gözləri yolda, qulaqları səsdədir. Biz də uca Allahdan itkin düşən əsgərimizdən tezliklə xəbər eşitməyimizi diləyirik.

Keçidlər