Şriftin ölçüsü :

Saytın rəngi :

İstifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə maarifləndirici tədbir keçirildi.

11 fevral 2025 | 16:03

11.02.2025-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə maarifləndirici tədbir keçirildi. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi İsa Süleymanlı iştirak etdi.

     11.02.2025-ci il Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bayraq Muzeyində istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə maarifləndirici görüş keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi İsa Süleymanlı çıxışı zamanı qeyd etmişdir ki, günümüzün ən aktual məsələlərindən biri təkrar emaldır. İnsanların sosial və iqtisadi fəaliyyəti nəticəsində, istifadə müddətini doldurmuş və təbiətə zərər verən hər cür material tullantı adlandırılır.  Bu tullantıların bir qismini (plastik, metal, kağız, şüşə və.s) fiziki və kimyəvi proseslərə tabe tutaraq yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Sadə dildə ifadə etsək, yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsi təkrar emal adlanır. Bu prosesin əsas məqsədi təbii sərvətlərin həddindən artıq istifadəsini əngəlləmək və ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Alüminium, mis, plastik, kağız, kauçuk, şüşə, elektron tullantıları kimi materialların yenidən istehlak prosesinə daxil edilməsi təbii ehtiyatların tükənməsinin qarşısını alacaqdır. Məsələn, istifadə olunmuş kağızın təkrar emalı hava və su çirklənməsini azaltdığı kimi yeni ağacların kəsilməsini də ciddi dərəcədə ortadan qaldırır. Bir ton tullantı kağızın yenidən emal edilməsi edilməsi 8 ağacın kəsilməsinin qarşısını alır. Təkrar emal uzunmüddətli planlamada səmərəli iqtisadi sərmayədir. Gələcəkdə təbii sərvətlərin sürətlə tükənməsi ciddi iqtisadi problemlərin yaranacağına işarə verir. Təkrar emal isə yeni iş imkanları təmin edərək gələcək nəsillərin dünya təbii ehtiyatlarından faydalanmasına imkan yaradacaqdır. Təkrar istifadənin məqsədlərindən biri atılmalı olan tullantıların miqdarını azaltmaq və bununla da ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. 

   Tədbirdə çıxış edən İsa Süleymanlı  bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdur. Sözügedən Sərəncam əsasında təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bütün respublikada olduğu kimi Ağcabədi rayonunda da silsilə tədbirlər həyata keçirilir.
     Diskussiya şəklində davam edən tədbirdə vətəndaşlarla fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər