Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

İstifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə maarifləndirici söhbətlər aparılıb.

09 oktyabr 2025 | 18:25

09.10.2025-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə maarifləndirici təbliğat-təşviqat kampaniyası keçirildi. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Əlizamin Qarayev iştirak etdi.

     Günümüzün ən aktual məsələlərindən biri təkrar emaldır. İnsanların sosial və iqtisadi fəaliyyəti nəticəsində, istifadə müddətini doldurmuş və təbiətə zərər verən hər cür material tullantı adlandırılır.  Bu tullantıların bir qismini (plastik, metal, kağız, şüşə və.s) yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Bu prosesin əsas məqsədi təbii sərvətlərin həddindən artıq istifadəsini əngəlləmək və ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Alüminium, mis, plastik, kağız, kauçuk, şüşə, elektron tullantıları kimi materialların yenidən istehlak prosesinə daxil edilməsi təbii ehtiyatların tükənməsinin qarşısını alacaqdır.          

      Həmçinin, istifadə olunmuş kağızın təkrar emalı hava və su çirklənməsini azaltdığı kimi yeni ağacların kəsilməsini də ciddi dərəcədə ortadan qaldırır. Bir ton tullantı kağızın yenidən emal edilməsi 8 ağacın kəsilməsinin qarşısını alır. Təkrar emal uzunmüddətli planlamada səmərəli iqtisadi sərmayədir. Gələcəkdə təbii sərvətlərin sürətlə tükənməsi ciddi iqtisadi problemlərin yaranacağına işarə verir. Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə maarifləndirici təbliğat-təşviqat kampaniyası davamlı olaraq aparılacaqdır.

Keçidlər