İqtisadiyyat nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
24 fevral 2023 | 15:59
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Ağcabədi şəhərində Zərdab və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, əmlak məsələləri, istehsal və emal müəssisələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.