Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib

14 iyun 2023 | 09:15

İyun ayının 14-də Ağcabədi rayon Diyarşünaslıq Muzeyində “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri və əməkdaşları, Ağcabədi rayon Prokurorunun köməkçisi, din xadimləri, ziyalılar, qeyri-hökümət təşkilatları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Mamedov tədbir iştirakçılarını salamlayaraq, hər kəsə uğurlar arzulayıb. Məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri, rayon Ağsaqallar Şurasının sədri Əlizadə Nəcəfov qeyd edib ki, artıq 15 ildən çoxdur ki, bu əlamətdar gün ölkəmizdə geniş qeyd edilir və bu müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin parlaq təzahürü kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda o da qeyd olunub ki, bu həm də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə və “İnsan hüquqların müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsinin 25 illiyinə təsadüf edir.

Ağcabədi rayon Prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Rəşid Mansurov, rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Qarayev, rayon icra hakimiyyəti yanında İctimai Şuranın üzvü, “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova və digərləri məruzə ətrafında çıxış edərək, “İnsan hüquqları aylığı”nın cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyə, korrupsiyaya, zorakılığa, zərərli vərdişlərə qarşı mübarizənin zəruriliyini diqqət çatdırmaq məqsədinə xidmət etdiyini vurğulayıblar. Eyni zamanda o da qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, həmin Dövlət Proqramının təsdiq olunduğu 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib. Tədbir dəyirmi masa ətrafında söhbət-diskussiyalarla davam edib.

Keçidlər