İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində ödənişsiz müayinə aksiyası təşkil edilmişdir.
Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi nəzdində Ağcabədi rayonunda fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə Bakı şəhərindən dəvət edilmiş “Funda Hosbital”ın Ortoped-Travmatoloqu Ceyhun Vahidli tərəfindən ödənişsiz dayaq-hərəkət sistemi xəstəliklərinin müayinəsi aksiyası həyata keçirilmişdir. Aksiya çərçivəsində Gənclər üçün Təhsil Mərkəzi tərəfindən, “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin xidmətlərindən bəhrələnən 20 imkansız ailənin uşaqları müayinə edilmiş və reabilitasiya proqramına cəlb edilmişdir. GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızının bildirdiyinə əsasən mərkəzdə mütəmadi olaraq inkişaf geriliyi və əlilliyi olan uşaqların müayinə və müalicəsi həyata keçirilir. Bu müayinələr uşaqlara təyin edilən reabilitasiya proqramlarının daha effektiv olması üçün əhəmiyyətlidir. Radə Telmanqızı onu da qeyd etmişdir ki, bundan sonra da bu cür aksiyaların davamlı həyata keçirilməsi nəzərdə tutulur.