Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar və stendlər yerləşdirilib.

20 dekabr 2024 | 09:56
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın 9.2.1-ci bəndinə əsasən ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar, stendlər yerləşdirmək nəzərdə tutulmuşdur.
Bununla bağlı olaraq Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri və könüllüləri rayonun fəal gəncləri ilə birlikdə ictimai yerlərdə - parklarda, insanların daha çox toplaşdığı yerlərdə əhali arasında tütünün, o cümlədən zərərli vərdişlər və narkomanlığın insan sağlamlığına vurduğu sağalmaz fəsadlar haqqında maarifləndirici söhbətlər apararaq bukletlər paylayıblar.
Eyni zamanda, ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar və stendlər yerləşdiriblər.
Keçidlər