Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı rayon idmançıları ilə görüşdü

10 sentyabr 2022 | 09:57

Azərbaycan artıq bütün dünyada idman ölkəsi kimi tanınır. Beynəlxalq nüfuzlu yarışlarda idmanın demək olar ki, bütün növləri üzrə idmançılarımızın göstərdiyi parlaq nəticələr bu gün bunu deməyə əsas verir. Sevindirici məqamlardan biri də budur ki, idman uğurlarımızın əldə olunmasında ağcabədili idmançılarımızın da payı böyükdür. Belə gənc idmançılardan birini – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu, gənclər arasında klublararası Avropa çempionatının birinci, yeniyetmələr arasında baş tutan dünya çempionatında ikinci yerin sahibi, qadınlar arasında Avropa çempionatının bürünc mükafatçısı, Gənclər Olimpiadasının iştirakçısı, nəhayət, bu yaxınlarda qardaş Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Minayə Əkbərovanı nümunə göstərmək olar. Bu gün Minayənin əldə etdiyi nailiyyətlərin davamı olaraq bir qrup gənc idmançılarımız da böyük yarışların astanasındadırlar. İdmanın kikboksinq növü üzrə V İslam Həmrəyliyi Oyunlarının iştirakçısı Mahmud Hüseynov, Azərbaycan çempionları Hüseyn Mamedov və Sübhan Mamedov sentyabr ayının 30-da İtaliyanın Jesola şəhərində keçiriləcək yeniyetmələrin və gənclərin Dünya çempionatına ciddi şəkildə hazırlaşırlar. Kikboksinq idman növü üzrə Azərbaycan yığmasının yeniyetmələr üzrə böyük məşqçisi Mehman Quliyev hər üç idmançımızın sözügedən yarışda ölkəmizi layiqincə təmsil edəcəklərinə, fəxri kürsüdə ən yaxşı yerlər tutacağına çox ümidlidir.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov gənc idmançıları və onların məşqçilərini Yeniyetmələrin və Gənclərin Dünya çempionatına getməzdən əvvəl qəbul edib, mötəbər turnir öncəsi idmançılarımıza xeyir-dua verib, onlara uğurlar arzulayıb. Görüşdə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının iştirakçısı Mahmud Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub. Sonda xatirə şəkilləri çəkilib.

Keçidlər