Şriftin ölçüsü :

Saytın rəngi :

I ixtisas qrupu üzrə ən yüksək nəticəni ağcabədili məzun əldə edib

05 avqust 2022 | 10:00

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul 2022-ci il tarixində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Sevindirici haldır ki, I ixtisas qrupu üzrə ən yüksək nəticəni Ağcabədi rayon Rəncbərlər kənd tam orta məktəbinin şagirdi Sadıqlı Nərmin Arif qızı göstərib. Belə ki, o, imtahanın birinci mərhələsində 297.5, II mərhələsində isə 400 bal toplayaraq I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ( 697.5) ən yüksək nəticə əldə edib.

Qeyd edək ki, N.Sadıqlı məktəbi fərqlənmə atesttatı ilə bitirib.

Keçidlər