Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Hüsülü kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

19 noyabr 2025 | 18:52
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun yerlərdə səyyar qəbulları davam edir. Növbəti belə görüş noyabrın 19-da Hüsülü kəndində təşkil olunub.
Tədbirdən öncə burada şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə tər çiçəklər düzülüb. Daha sonra kənd tam orta məktəbinin binasında davam edən görüşdə icra başçısı kəndin mövcud problemlərinə toxunub. O, Hüsülü məktəbinin tikintisinə ehtiyac olduğunu vurğulayıb, bu məsələnin artıq planlaşdırıldığını və növbəti ildə inşasına başlanıla biləcəyini qeyd edib.
Rayon rəhbəri eyni zamanda kəndin tarixi dəyərlərinə də diqqət çəkərək, bu zəngin irsdən faydalanmaqla kəndin inkişafını stimullaşdırmaq lazım olduğunu bildirib. Həmçinin kənd yollarının təmiri ilə bağlı nəzərdə tutulan işlər barədə də məlumat verilib.
Daha sonra qəbul iştirakçıları – Xanlar Fətəliyev, Həsrət Qəhrəmanov, İnşallah Xəlilov, Niyazi Hüseynov və digərləri söz alaraq kənddəki mədəniyyət evinin əsaslı təmirinə ehtiyac olmasını, suvarma suyu ilə bağlı çətinlikləri, məşğulluq məsələlərini və digər sosial problemlərini səsləndiriblər. Qaldırılan bütün məsələlər dinlənilib və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Keçidlər