Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynov Hafiz Ədalət oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur

30 dekabr 2024 | 18:59
Ağcabədi Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Hüseynov Hafiz Ədalət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət qulluqçularının təltif edilməsi haqqında 24 iyun 2024-cü il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Dekabrın 29-da medal Hafiz Hüseynova təqdim olunub.
Belə ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov öncə Hafiz Hüseynovu dövlət qulluğunda səmərəli fəaliyyətinin dəyərləndirilməsi, təltif olunması münasibəti ilə təbrik edib, işlərində daha böyük uğurlar arzulayaraq medalı ona təqdim edib.
Keçidlər