Şriftin ölçüsü :

Saytın rəngi :

“Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilmişdir.

12 noyabr 2023 | 15:11

“Heydər Əliyev İli” çərçivəsində, 12 Noyabr- Azərbaycan Respublikasının Konstitusiya Günü ərəfəsində Ağcabədidə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa təşkil olunub.Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, rayon polis şöbəsinin, rayon prokurorluğunun, Ağcabədi Pedaqoji Kollecinin, Mərkəzin, Gənclərin İnkişaf və Kariyera Mərkəzi Qarabağ Regional nümayəndəliyinin əməkdaşları iştirak ediblər.Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra çıxış edənlər ümummilli lider tərəfindən ölkəmizdə aparılan uğurlu hüquq-məhkəmə islahatlarından, Konstitusiyamızda təsbit olunan əsas insan hüquq və azadlıqlarından söz açıblar. Həmçinin o da qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Keçidlər