Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Hindarx qəsəbə Q.Əliyev adına 3 nömrəli ümumi orta məktəbin yeni binasının açılış mərasimi keçirildi.

15 sentyabr 2025 | 19:12

 Sentyabrın 15-i Qaraş Əliyev adına Hindarx qəsəbə 3 saylı ümumi orta məktəbin yeni tikilib istifadəyə verilən binasının açılışı münasibətilə tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi Təhsil sektorunun müdiri Teymur Qasımov, şəhid ailələri, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.

  İlk öncə qonaqlar şəhid Qaraş Əliyevin məktəbin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə çiçəklər düzüblər.

   Məktəbin direktoru Kəmalə Zeynalova tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, eləcə də Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  

  Çıxış edənlər - Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi Təhsil sektorunun müdiri Teymur Qasımov, “Kapital qrup” MMC-nin direktoru Rasim Hüseynov “15 sentyabr – Bilik Günü” və yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəbin müəllim və şagirdlərini, onların simasında Hindarx qəsəbə sakinlərini təbrik ediblər. Vurğulanıb ki, Azərbaycan dövləti təhsilin inkişafına, gənc nəslin hərtərəfli yetişməsinə daim xüsusi diqqət göstərir. Müasir standartların bütün tələblərinə cavab verən bu möhtəşəm tədris ocağının inşası də məhz Prezident İlham Əliyevin təşəbbüsüdür. Qeyd olunub ki, məktəb təkcə təhsil binası deyil, o gələcəyimizin, sabahımızın, müstəqil Azərbaycanımızın daha da parlaq yolla irəliləməsinin güclü təminatıdır. 

  Məktəbin adını daşıyan şəhidimizin qardaşı Elşad Əliyev də öz çıxışında ölkə və rayon rəhbərinə, ümumilikdə məktəbin ərsəyə gəlməsində zəhməti olan hər kəsə öz minnətdarlığını ifadə edib.  Məktəblilər şeirlər səsləndiriblər.

  Bundan sonra ilk zəng çalınıb. İcra başçısı Rafil Hüseynov məktəbin açılış rəmzi olan qırmızı lenti kəsib. Sinif otaqlarına baxış keçirən rayon rəhbəri və qonaqlar burada yaradılmış şəraitlə yaxından tanış olublar. 528 şagirdlik məktəbdə  informatika otağı, müəllimlər otağı, kimya otağı, hərbi hazırlıq otağı, fizika kabineti, idman zalı, oğlanlar və qızlar üçün istənilən ləvazimat və avadanlıqlarla təchiz olunmuş ayrı-ayrı texnologiya kabinetləri,  geniş yeməkxana və tədbirlərin, görüşlərin keçirilməsi üçün nəzərdə tutulan 278 nəfərlik akt zalı, geniş və zəngin kitab fonduna malik kitabxana məktəblilərin ixtiyarına verilib.

Keçidlər