Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir
02.04.2024-cü il tarxində Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qarabağ nümayəndəliyyinin birgə təşkilatçılıqı ilə tədbir keçirildi.
Tədbir YAP ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov,Laçın rayon Taxta Körpü tam orta məktəbi və Laçın rayon 37 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə baş tutdu.İlk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımız azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi 1-dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor salahiyyətlərini icra edən Ruhin Hüseynov çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın və Azərbaycanlıların Ümummilli lideridir
Bu dahi şəxsiyyət haqqında danışarkən öncə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır.Daha sonra çıxış edən YAP Ağcabədi rayon təşkilatın sədr müavini Nazim Bünyatov,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qarabağ nümayəndəliyinin əməkdaşı Leyla Zalova, Laçın rayon 37 nömrəli tam orta məktəbin direktoru Şaiq Məmədov və həmin məktəbin Tarix müəllimi Əbilfət Musayev qeyd etdilər ki, Ulu öndər Heydər Əliyev hələ keçmiş SSRİ dönəmində, daha dəqiq desək, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində fundamental səciyyəli tədbirlər görməyə başladı. Belə ki, sənayenin inkişafı, istənilməyən səviyyədə və vəziyyətdə olan iqtisadiyyatın yenidən dirçəldilməsi yönündə, məhz Ulu öndərin rəhbərliyi altında mühüm addımlar atılmaqla digər sahələrin inkişafına geniş şərait yaradılmışdır.Sonda şagirdlər tərəfindən şeir kompozisiyaları səsləndirildi.