Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili” çərçivəsində YAP Ağcabədi rayon təşkilatında tədbir keçirildi.

11 mart 2023 | 17:20

YAP Ağcabədi rayon təşkilatı tərəfindən martın 9-da “Heydər Əliyev ili”nə həsr
olunmuş konfrans keçirilmişdir. Konfransdan əvvəl iştirakçılar Ulu Öndərin abidəsi
önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin,
torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş
Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Konfransı giriş sözü ilə açan təşkilatın sədri Rövşən Əhmədov Ulu Öndərimizin
ölməz irsi, fəaliyyəti haqqında geniş məlumat vermişdir. O, bildirmişdir ki, müstəsna
xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu,
zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən
Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi
nailiyyətlərin bir daha şahidi oluruq. Milli şüurun oyanışı Heydər Əliyevin
hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və
dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin
uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi
sayəsində yüksələ bilmişdir.
Konfransada Milli Məclisin deputatı, Aqrar siyasət komissiyasının sədri Tahir
Rzayev “Heydər Əliyevin aqrar siyasət xətti inkişafdadır” mövzusunda məruzə
etmişdir. O, demişdir ki, Heydər Əliyev bütün sahələrdə olduğu kimi, kənd
təsərrüfatının idarə edilməsində də zəngin biliyə və təşkilatçılığa malik idi. O, yaxşı
bilirdi ki, torpağı əsl sahibinə - kəndliyə qaytarmadan böyük nailiyyətlər əldə etmək
mümkün deyildir. Məhz dahi rəhbərin uzaqgörənliyi sayəsində Azərbaycanda torpaq
islahatı şəffaf, ədalətli şəkildə həyata keçirildi. Müdrik rəhbərin həyata keçirdiyi aqrar
islahat inqilabi gediş idi və hazırda kənd təsərrüfatı sahələrində əldə olunan nəticələr
islahatın əhəmiyyətini bir daha sübut edir.
Sonra YAP 5 saylı Ərazi partiya təşkilatının sədri Fəridə Allahverdiyeva, 83 saylı
Ağcabədi-Füzuli Seçki Dairəsinn sədri İbrahim Həsənov və başqaları çıxışlarında
qeyd ediblər ki, bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti
və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Çıxış edənlər
qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya
fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük
vəsiqələri təqdim olunub.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən
videoçarx nümayiş olunub.

Keçidlər