“Heydər Əliyev ili” çərçivəsində YAP Ağcabədi rayon təşkilatı və Ağcabədi Regional “Asan Xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
“Heydər Əliyev ili” çərçivəsində YAP Ağcabədi rayon təşkilatı və Ağcabədi Regional “Asan Xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilmişdir.
Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlamışdır.
Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin və Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyev və Yeni Azərbaycan Partiyasına həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə Ağcabədi Regional “Asan Xidmət” mərkəzinin direktoru Rəhim Qarayaev çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi yol, müasir dövrdə ölkədə oynadığı rol barədə məlumat vermiş, həmçinin mərkəzdə fəaliyyət göstərən əməkdaşların YAP sıralarına böyük həvəslə üzv olması və partiya həyatında səmərəli fəaliyyəti barədə məlumat vermişdir.
Daha sonra YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi mübarizələrin önündə addımlamış və həmişə də qarşıya qoyulan siyasi hədəflərə çatmışdır. Ona görə də, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası kimi qəbul edilir.
Tədbirdə YAP sıralarına daxil olan Ağcabədi Regional “Asan Xidmət” mərkəzinin bir qrup əməkdaşına YAP vəsiqələri təqdim edilmiş, eyni zamanda Partiya həyatında səmərəli fəaliyyətinə görə xidmətin bir qrup əməkdaşı YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilmişdir.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatmışdır. Sonda xatirə çəkli çəkilmişdir.