Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi xidmət zamanı yaralanan Hüseyn əlil arabası ilə təmin olundu

12 oktyabr 2023 | 18:40

Dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsi olan  vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, aztəminatlı ailələrə lazımi maddi və mənəvi dəstək  göstərmək və bu kimi digər işlər Ağcabədidə uğurla həyata keçirilir, vətəndaşların lazımi ehtiyaclarının ödənliməsi, onların məmnunluğunun təmin edilməsi üçün şərait yaradılır. Ağcabədi Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən MOB Mərkəzi, keçirilən qəbullar, səyyar görüşlər vətəndaş müraciətlərinə vaxtında baxılmasına, onların mövcud problemlərinin daha operativ şəkildə həll edilməsinə imkan yaradır.

Belə müraciətlərdən biri də bir müddət əvvəl həqiqi hərbi xidmət zamanı minaya düşərək hər 2 ayağını və gözlərini itirən Boyat kənd sakini Sadıqov Hüseyn Əliağa oğlu tərəfindən olub. O, əlil arabası ilə təmin olunmasını xahiş edib.  Oktyabrın 11-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB Aparatının məsul şəxsləri ilə birgə Hüseyn Sadıqovun yaşadığı evdə olub, səhhəti ilə maraqlanıb, həmçinin  onun istəyi ilə alınmış əlil arabasını sahibinə təqdim edib. Ziyarət zamanı əlil arabasından əlavə, ailəyə ərzaq yardımı da verilib.

Hüseyn və onun ailə üzvləri göstərilən diqqət və qayğıya  görə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər