Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıbədəlli kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

19 fevral 2025 | 19:17

Hacıbədəlli kənd Folklor  evində keçirilən  qəbulda hüquq- mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak ediblər.

     Öncə icra başçısı Rafil Hüseynov  açılış nitqi ilə çıxış edib. O, kənddə yeni seçilən bələdiyyə sədrini və üzvləri təbrik edib, uğurlar arzulayıb, bələdiyyənin fəaliyyətində yaxşılığa doğru xeyli dəyişikliklər olacağına inandığını bildirib. Sonra qəbul iştirakçılarının problem və çətinliklərini öyrənmək məqsədilə rayon rəhbəri sözü onlara verib. Müraciətlərdə kiçik ticarətlə məşğul olmaq üçün torpaq sahəsinin verilməsi, kənddəki mədəniyyət evində hazırda vakant olan gözətçi işi ilə təmin olunma, həyətyanı torpaq sahəsinin verilməsi, mədəniyyət evinin qarşısındakı tut ağacının qol-budaq ataraq binanın dam örtüyünü zədələdiyi üçün, həmçinin uşaq bağçasının yaxınlığındakı qovaq ağacının bəzi budaqlarının quruyaraq qırılıb tökülməsi nəticəsində təhlükəli vəziyyət yaratdığı üçün  budanmasına kömək olunması ilə bağlı xahişlər edilib.

     Qaldırılan məsələlərlə bağlı  vətəndaşlar aidiyyəti qurumlara istiqamətləndirilib, həmçinin bu problemlərin həllinin nəzarətdə saxlanılması üçün müvafiq  tapşırıqlar verilib.

Keçidlər