Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ ofisində könüllülük fəaliyyətini uğurla başa vuran gənclərə şəhadətnamələr verilib
Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisində könüllülük proqramının yekunlarına dair proqram məzunları ilə görüş keçirilib.
Görüşdə GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı könüllüləri salamlayaraq mərkəzin fəaliyyətində aktiv şəkildə iştiraka görə, mərkəzin xidmətlərindən bəhrələnən vətəndaşlara xidmətin göstərilməsi, həmçinin, maarifləndirici və məlumatlanıdırıcı aksiyalarda aktiv iştiraklarını yüksək qiymətləndirib və proqramın səmərəli həyata keçirildiyini qeyd edib.
Proqram ərzində könüllülərlə birgə xidmət edən mərkəz əməkdaşları da çıxış edərək bildiriblər ki, könüllülər mərkəzin fəaliyyəti ilə bağlı olan tapşırıqları yüksək səviyyədə yerinə yetirib. Xidməti qayda və normalara, vətəndaşlarla nəzakətli və ədəbli ünsiyyət quraraq könüllülük proqramına aid təlimatlara riayət ediblər.6 aylıq könüllülük proqramı ərzində özlərini müsbət tərəfdən nümayiş etdiriblər.
Daha sonra proqramı uğurla başa vuran könüllülərə şəhadətnamələr təqdim edilib.