Şriftin ölçüsü :

Saytın rəngi :

Futbol idman növü üzrə region liqasının mərkəz zonasının ilk oyunu keçirilib.

09 dekabr 2023 | 19:19
Oyun rayonun ” Olimpiya Ağcabədi” və Saatlı rayonunun “Ümid” futbol komandaları arasında baş tutub.
Ağcabədi İdman Olimpiya kompleksində təşkil olunan yarışda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, aparatın məsul əməkdaşları, yerli idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon sakinləri iştirak ediblər.
Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rayon rəhbəri Rafil Hüseynov çıxış edərək, ölkəmizdə idmanın bütün növlərinə, eləcə də futbola xüsusi diqqət göstərildiyini diqqətə çatdırıb. O, hər iki komandaya uğurlar arzu edib.
Sonra Ağcadi Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı təqdim olunub.Bədii hissə başa çatdıqdan sonra oyuna start verilib.
Qarşılaşma azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb. Gərgin keçən mübarizədə I hissə ” Olimpiya Ağcabədi”FK-nın üstünlüyü ilə başa çatıb. II hissə isə qolsuz yekunlaşıb. Beləliklə, görüşdə Ağcabədi təmsilçisi 2:0 qələbə qazanıb.
Keçidlər