Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirli Ağcabədi rayonunda vətəndaşları qəbul edib

14 iyul 2023 | 16:12

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli iyulun 14-də Ağcabədi rayonunda sakinlərini qəbul edib.
Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
Vüsal Nəsirli onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Keçidlər