Şriftin ölçüsü :

Saytın rəngi :

Əhali arasında sosial işin təşkili və sosial xidmətlərlə təmin edilməsində ünvanlığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında maarifləndirmə tədbirləri aparılmışdır

13 fevral 2025 | 16:54

     Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.3 (Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlığın artırılması məqsədi ilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi) bəndinin icrası ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinin və Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə əhali arasında sosial işin təşkili və sosial xidmətlərlə təmin edilməsində ünvanlığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Keçirilmiş tədbirdə RİHB-nın müavini - Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Toğrul Bünyatov sosial xidmət sahəsində dövlətin siyasətinin prinsiplərindən danışdı. Həmçinin Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional filialının müdiri Elnur Həsənov Sosial Xidmətin formaları və növləri evdə (səyyar) sosial xidmət, yarımstasionar (günərzi) sosial xidmət,  stasionar sosial xidmət və sosial-məsləhət yardımı haqqında vətəndaşlara geniş izahlar verdi. Göstərilən sosial xidmətlər haqqında vətəndaşların suallarını cavablandırdı.

Keçidlər