Şriftin ölçüsü :

Saytın rəngi :

Əcnəbi və vətəndaşlığı olmayan uşaqların hüquq və vəzifələri mövzusunda tədbir keçirilib

31 oktyabr 2024 | 18:09
“Uşaq Hüquqları aylığı” çərçivəsində “Əcnəbi və vətəndaşlığı olmayan uşaqların hüquq və vəzifələri” mövzusunda Ağcabədi Rayon İcra Hakimiyyəti və Yevlax Regional Miqrasiya İdarəsinin birgə əməkdaşlığı ilə tədbir keçirilib.
Ağcabədi Bayraq Muzeyində təşkil olunan tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər, Yevlax Regional Miqrasiya İdarəsi, Yevlax şəhər Qanunsuz Miqrantların Saxlanılması mərkəzi, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə Təhsil sektoru, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi, rayonun ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova açılış nitqi ilə çıxış edib.
Yevlax Regional Miqrasiya İdarəsinin rəisi, miqrasiya xidməti müşaviri Vüsal Xəlilov, Yevlax Regional Miqrasiya İdarəsinin miqrasiya rejiminə nəzarət şöbəsinin rəisi Seymur Qasımov, Yevlax şəhər Qanunsuz Miqrantların Saxlanılması mərkəzinin baş inspektoru Rəşad Hacıyev çıxış edərək uşaqların inkişafı və hüquqlarının qorunması, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, layiqli vətəndaş kimi formalaşmasında nəinki dövlətin, nəinki valideynlərin, cəmiyyətin hər bir üzvünün məsuliyyət daşıdığını vurğulayıblar. Tədbirdə həmçinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu və “Miqrasiya Məcəlləsi”nin müvafiq maddələrinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqları və qanunvericilikdə uşaqlar üçün nəzərdə tutulmuş imtiyazlar barədə ətraflı məlumat verilib, digər məsələlərlə də bağlı lazımi izahlar verilib.
Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Keçidlər