Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində şəhid ailələri ziyarət edilib.

30 dekabr 2022 | 15:36

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
münasibətilə GTM Qarabağ ofisinin bir qrup könüllüsü və əməkdaşları şəhid
Məkan Mübariz oğlu Qəhrəmanov, İntiqam Eynullah oğlu Hacıyevin
ailələrinə baş çəkib, bayram münasibətilə onları təbrik ediblər.
Görüşlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda
canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. GTM
Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı qeyd edib ki, Ulu Öndər Heydər
Əliyevin dünya azərbaycanlılarına ən böyük əmanətlərindən olan müstəqil
dövlətimiz və vahid məqsəd ətrafında sıx birləşmək ideyası Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin dəmir iradəsi, rəşadətli Silahlı Qüvvələrimizin qəhrəmanlığı
nəticəsində əldə edilmiş Böyük Zəfər dünyanın müxtəlif ölkələrində yaşayan
həmvətənlərimizi daha da ruhlandırıb, onların ümummilli maraqlar ətrafında
sıx birləşməsinə zəmin yaradıb.
Qeyd edib ki, ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı
zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.
Buna görə də hər bir şəhidin keçdiyi həyat yolu gənclərimiz üçün canlı bir
nümanədir və bu səbəbdən də gənclərimizin şəhid ailələrini ziyarət etməsi,
onların döyüş yolu ilə yaxından tanış olmaları gələcək nəsillərdə
vətənpərvərlik hissinin daha da möhkəmləndirilməsində mühüm rol oynayır.
Görüşdə övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri
göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda GTM Qarabağ ofisi və GÜVƏN Xeyriyyə və Dostluq
Cəmiyyəti tərəfindən ailələrə bayram sovqatı da çatdırılıb.

Keçidlər