Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Ağcabədi rayonunda vətəndaşları qəbul edib
16 may 2024 | 15:14
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Ağcabədi rayonunda vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların əlilliyinin qiymətləndirilməsi, reabilitasiya xidmətləri,işlə təmin edilmə və özünüməşğulluqla bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.
Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.