Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi mövzusunda iclas keçirilib
Noyabrın 21-də Ağcabədi Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçusunun xidməti
fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda iclas keçirilib. İclasda rayon statistika idarəsinin, Qarabağ Regional Təhsil İdarəsi Ağcabədi rayonu üzrə Təhsil sektorunun əməkdaşları və digər Dövlət Qulluğuna aid sahələrdə çalışan idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən RİHB-nın müavini – Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri Xətai Zeynalov dövlət qulluqçusunun xidməti faəliyyətinin qiymətləndirilməsinin
məqsədi, meyarları, qiymətləndirmənin həyata keçirilməsi, həmçinin vacibliyi barədə ətraflı şəkildə məlumat verib. Qeyd olunub ki, qiymətləndirilmənin nəticəsinə uyğun olaraq dövlət qulluqçularının mükafatlandırılması, peşəkarlığın artırılması nəzərdə tutulur.