Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluğunun təbliği və təşviqi” mövzusunda tədbir keçirilib

12 mart 2024 | 12:44
“Dövlət qulluğunun təbliği və təşviqi” mövzusunda tədbir keçirilib
Martın 6-da Dövlət İmtahan Mərkəzi, Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Peaqoji Universitetinin Ağcabədi rayon filialının birgə təşkilatçılığı ilə Ağcabədi Bayraq Muzeyinin akt zalında Dövlət İmtahan Mərkəzinin nümayəndəsi tərəfindən “Dövlət qulluğunun təbliği və təşviqi” mövzusunda yuxarı kurs tələbələri ilə maarifləndirici görüş keçirilib.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Elnur Abbasov, Dövlət İmtahan Mərkəzi Bərdə Regional Bölməsinin müdiri Elton Süleymanov, rayon icra hakimiyyətinin və pedaqoji universitetin Ağcabədi rayon filialının əməkdaşları, tələbələr, eləcə də mətbuat işçiləri iştirak ediblər.
Görüşü giriş nitqi ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Mamedov görüş iştirakçılarını salamlayaraq, tədbirin keçirilməsinin məqsədi və mahiyyəti haqqında qısa məlumat verib.
Sonra çıxış edən Dövlət İmtahan Mərkəzinin Bərdə Regional Bölməsinin müdiri Elton Süleymanov tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə sözügedən yerli icra və təhsil qurumlarına öz minnətdarlığını bildirib. O, çıxışında ali təhsil müəssisələrini bitirməzdən əvvəl tələbələrin bu cür təlimlərdə iştirak edərək, dövlət qulluğunda inzibati vəzifələrin tutulması yollarının əhəmiyyətindən də danışıb.
Daha sonra Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Elnur Abbasov sözügedən mövzu haqqında tələbələrə geniş məlumat verib. Elnur Abbasov həmçinin dövlət qulluğuna qəbul, test imtahanında iştirak və iştirak üçün ödəniş, test imtahanın qiymətləndirilməsi, sertifikatın əldə olunması, müsahibənin keçirilmə qaydaları və elektron xidmətlər barədə çıxış edib.
Məruzələrin yekunundan sonra iştirakçılar tərəfindən ünvanlanan suallar ətraflı cavablandırılıb.
Sonda tədbirin nəticəsinin ölçülməsi və səmərəliliyini qiymətləndirmək məqsədilə iştirakçılara məlumat vərəqələri və bükletlər paylanılıb.
Keçidlər