Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı tərəfindən 11 işəgötürənin iştirakı ilə dəyirmi masa təşkil olunub.

20 fevral 2026 | 18:14

20 fevral 2026-cı il tarixində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı tərəfindən Ağcabədi rayonunda Ağcabədi rayon İcra Hakimiyyəti, Qarabağ Peşə Hazırlığı Mərkəzi, özəl və dövlət sektorunu əhatə edən 11 işəgötürənin iştirakı ilə dəyirmi masa təşkil olunub.

Görüşdə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Filial əməkdaşları tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əmək haqqının bir hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydası, əmək yarmarkalarının təşkili və digər məşğulluq tədbirləri, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili haqqında işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda Dövlət Məşğulluq Agentliyinin müxtəlif fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri və digər işəgötürənlərin bu layihələrdən faydalanması ilə bağlı tövsiyyələri dinlənilib.

Keçidlər