Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Ağcabədi rayonunda vətəndaş qəbulunu keçirib.
30 may 2025 | 19:38
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev növbəti vətəndaş qəbulunu Ağcabədi rayonunda keçirib.
Qəbulda rayon sakinləri iştirak ediblər. Səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma və Agentliyin fəaliyyət sahəsinə aid digər məsələlərlə bağlı olub.
Qəbul zamanı qaldırılmış bəzi məsələlər həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlərin həll olunması ilə bağlı müvafiq göstərişlər verilib.