Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən təlimlərin keçirilməsinə start verilib.

05 dekabr 2023 | 17:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamına əsasən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf  strategiyası”nın 1-3-cü fəaliyyət istiqaməti çərçivəsində nəzərdə tutulan qrafik üzrə dövlət qulluqçularının təlimlərə cəlb olunması nəzərdə tutulub. Həmin Sərəncamın icrasını təmin etmək məqsədilə 4 dekabr tarixində Ağcabədi Bayraq Muzeyinin akt zalında Ağcabədi və Laçın Rayon İcra Hakimiyyətlərinin strukturunda, həmçinin rayonun inzibati ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda  çalışan dövlət qulluqçuları üçün  Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən  təlimlərin keçirilməsinə start verilib.

Təlimin ilk günündə  Dövlət İmtahan Mərkəzinin məsul işçiləri  Sevinc Məmmədova, Nazlı Abduləlimova tərəfindən dövlət qulluğunda çalışan iştirakçılara  “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi və liderlik” mövzularında  slaydlar vasitəsilə seminar dərslər keçirilib. Slayd vasitəsilə həyata keçirilən seminar dərslər iştirakçılar tərəfindən maraqla qarşılanıb.  

Seminar  zamanı  təlimçilər mövzular üzrə münaqişə anlayışı, növləri, münaqişəyə səbəb olan amillər, davranış strategiyaları və qarşı tərəfin emosional davranışına konstruktiv reaksiya, eləcə də  rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü, kadr siyasəti və onun problemlərindən söz açıblar. Təlimçilər eyni zamanda iştirakçıları maraqlandıran sualları da ətraflı cavablandırıblar.

Qeyd edək ki, qarşılıqlı diskussiya şəraitində keçirilən təlimlərin 7 dekabr tarixinə qədər keçirilməsi, eyni zamanda təlimlərin yekununda seminar iştirakçılarına sertifikatların verilməsi nəzərdə tutulub.

Keçidlər