Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 7 avqust 2024-cü il tarixində daxili müsahibə elanı verilmişdir.
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 7 avqust 2024-cü il tarixində daxili müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 21 avqust 2024-cü il tarixi, saat 18:00-dək davam edəcək.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Ağcabədi Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 1 vakant vəzifə təqdim olunub.
1. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsi, baş məsləhətçi (2 yer)
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=548
Əlavə məlumat:
· Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə (təhsilə dair tələb, iş stajına dair tələb və s.) cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
· Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
· Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəz tərəfindən müvafiq dövlət orqanları ilə birlikdə hazırlanır, dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.