Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Boyat kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

04 dekabr 2025 | 11:56

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək ölkədə və rayonda son illərdə görülən işlərdən danışıb, səyyar qəbulların vətəndaşların müraciətlərinin yerində öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Sakinlər məktəbdə istiliyin olmaması, kənd yollarının işıqlandırılması, içməli su təchizatında yaşanan çətinliklər, məşğulluq məsələləri, uşaqlar üçün futbol meydançası yaratmaq üçün yer ayrılması  və digər sosial-məişət məsələləri ilə bağlı problem və çətinliklərini diqqətə çatdıraraq köməklik göstərilməsini xahiş ediblər.

Qaldırılan bütün məsələlər diqqətlə dinlənilib, aidiyyəti qurumlara tapşırıqlar və tövsiyələr verilib, bəzi məsələlər isə nəzarətə götürülüb.

Keçidlər