“Birlik” milli adət-ənənələr düşərgəsinə start verilib
01 iyul 2023 | 15:53
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 27 iyun-2 iyul tarixlərində Ağcabədi Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulan “Birlik” milli adət-ənənələr düşərgəsinə start verilib. Düşərgədə milli adət-ənənələri təbliğ edən maraqlı və əyləncəli tədbirlərin, o cümlədən gəzintilərin, təlimlərin, diskusiyaların, intellektual və idman yarışlarının keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, düşərgəyə respublikamızın müxtəlif bölgələrindən təhsildə fərqlənən gənclərlə yanaşı, şəhid, qazi və aztəminatlı ailələrin övladları da daxil olmaqla 60 gənc cəlb olunub.