Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Baramaçılıq və ipəkçilik sahəsində maarifləndirici görüş keçirildi.

17 oktyabr 2025 | 18:02

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli, 3406 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının müvafiq bəndləri üzrə  maarifləndirmə və təbliğat işi aparılması məqsədilə Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə oktyabrın 16-da Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında  kümçülərlə görüş keçirilib. İclasda Rayon İcra Hakimiyyəti, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və kümçülər iştirak ediblər.

   Çıxış edən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Muxtar Bağırov barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasında kooperasiyaların yaradılmasının vacibliyini vurğulayıb. O, həmçinin barama istehsalı və emalı sahəsinə yerli və xarici investorların cəlb edilməsini  barama tədarük edən kümçülərin iş fəaliyyətlərinə müsbət təsir edəcəyini qeyd edib.

   Muxtar Bağırov öz çıxışında qabaqcıl barama istehsalçılarının naliyyətlərinin təşviqi sahəsində qabaqcıl baramaçıların hər zaman Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xüsusi diqqətdə saxlanıldığını da diqqətə çatdırıb.

    Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov çıxış edərək ipəkçilik məhsulları istehsalının genişləndirilməsi sahəsində görülmüş tədbirlərdən, həmçinin tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqəsinin, o cümlədən Ağcabədi rayonunda barama qəbulu və emalı məntəqəsinin yaradılmasının vacibliyini və bu sahədə görüləcək işlər barədə iştirakçıları məlumatlandırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Keçidlər