“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” təşkilatının Ağcabədi rayon filialının sədri, ictimai xadim Yusif Yaqub oğlu Əzimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
22 dekabr 2025 | 19:28
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” təşkilatının Ağcabədi rayon filialının sədri, ictimai xadim Yusif Yaqub oğlu Əzimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Dekabrın 22-də Ağcabədidə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” təşkilatının Ağcabədi rayon filialının sədri, ictimai xadim Yusif Yaqub oğlu Əzimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri və üzvləri, partiya veteranları, müvafiq təşkilatların nümayəndələri, məktəb direktorları, ziyalılar, yubilyarın ailə üzvləri, yaxın qohumları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısnın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova Yusif Əzimovun nümunəvi ömür yolu keçdiyini bildirib, bu kimi tədbirlərin gənc nəslin tərbiyəsində də böyük rol oynadığını diqqətə çatdırıb.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müvini Nazim Bünyatov, Rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” təşkilatının sədr müavini Tariyel Əsədov, YAP veteranı Tofiq Ağamirov, Əməkdar müəllim Zəhra İbrahimova, ziyalılar Əli Bədəlov, Tofiq Zeynalov və rayon icra hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Allahverdiyev yubilyarın uzunmüddətli ictimai fəaliyyətindən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərindən, həmçinin bölgədə nüfuzlu ağsaqqal və ziyalı kimi qazandığı hörmətdən bəhs ediblər.
Daha sonra Yusif Əzimovun övladları və nəvəsi çıxış edərək ona öz ürək sözlərini bildiriblər. Övladların çıxışı tədbirdə duyğulu anlar yaşadıb.
Sonda yubilyara rayon icra hakimiyyətinin və Yap Ağcabədi Rayon təşkilatının hədiyyələri təqdim olunub, tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirilib.






