Avşar kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
22 yanvar 2025 | 20:00
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbulları davam edir. Yanvarın 22-də növbəti qəbul Avşar kəndində keçirilib.Görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov ölkəmizdə həyata keçirilən genişmiqyaslı işlərdən,ordu quruculuğundan, həmçinin rayonda həyata keçirilən tədbirlərdən söz açıb.
Sonra sakinlərə söz verilib. Kənd sakini Elmidar Mehdiyev müraciətində əkin sahələrinin suvarılmasında çətinliklərin olduğunu bildirərək onda olan məlumata görə əkin sahələrinə xidmət edən Yuxarı Qarabağ kanalı üzərində yerləşən su nasosunun boru xəttinin 2 km uzadılması barədə maliyyə vəsaitinin ayrıldığını, lakin işlərə başlanılmadığını bildirərək köməklik göstərilməsini xahiş edib. Rayon rəhbəri məsələ ilə bağlı müvafiq izahat verib, əkin sahələrinin suvarılması ilə bağlı yaranmış problemin aradan qaldırılması və həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını və bu istiqamətdə işlərin aparıldığını bildirib. Həmçinin qeyd olunub ki, yaranmış problemin aradan qaldırılması məqsədi ilə Yuxarı Qarabağ kanalından digər istiqamətdən su boru xəttinin çəkilməsi və həmin suyun Xan qızı kanalına tökülməklə aidiyyəti üzrə paylanması barədə təklif verilib, o cümlədən əkin sahələrinə xidmət edən Şəfəq-1 su nasosunun boru xəttinin 2 km uzadılması barədə də məsələ qaldırılıb və plana salınıb. İcra başçısı nəzərdə tutulan işlər yekunlaşdıqdan sonra Avşar kəndi ərazisində əkin sahalərinin suvarılması üçün 6 kub həcmində suyun veriləcəyini qeyd edib.
Qəbulda digər narahatlıq doğulan məsələlərlə də bağlı sakinlərlə söhbət aparılıb.