Aşağı Avşar kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
18 iyun 2025 | 18:15
İyunun 18-də Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Aşağı Avşar kəndində səyyar qəbulu keçirilib. Açıq havada keçirilən qəbulda çıxış edən icra başçısı Rafil Hüseynov kənddə mövcud olan ümumi nöqsanlardan, o cümlədən elektrik xətlərinə qanunsuz müdaxilələrdən, əvvəllər də bununla bağlı söhbət aparılmasına baxmayaraq hələ də kənddə belə müdaxilələrin olmasından söz açıb, qanun pozuntusu olan bu kimi əməllərin qarşısının alınması üçün yenə də lazımi tədbirlərin görüləcəyini bildirib. Eyni zamanda kəndin inkişafı ilə bağlı gələcəkdə görülə biləcək işlərdən danışan rayon rəhbəri sonra sözü sakinlərə verib.
Müraciətlərdən birində kənd məktəbinin həyətinə gələn suyun kəsilməsi, buna səbəb isə binanın pasportunun olmamasının göstərildiyi qeyd olunub. Rayon rəhbəri məktəbin susuz qalmasının yolverilməz olduğunu bildirib, müvafiq tapşırıq verərək məsələnin aydınlaşdırılmasını, lazım gələrsə bununla bağlı aidiyyəti ünvana məktub yazılmasını tapşırıb, problemi nəzarətdə saxlayacağını bildirib. Daha bir müraciətdə isə kənd ərazisindən yanaşı keçən kanal və kanalizasiya xəttinin yaratdığı problemdən, daha doğrusu, bəzi hissələrdə kanal suyunun kanalizasiya suyuna qarışması nəticəsində evləri su basmasından söz açılaraq köməklik göstərilməsi xahiş edilib. Məsələ ilə bağlı aidiyyəti üzrə fikir mübadiləsi aparılıb, lazımi tapşırıqlar verilib. Növbəti müraciətdə isə yaşayış evinə suyun çəkildiyi, lakin sayğac qoyulmadığı, hazırda isə bunun üçün vətəndaşın ödəniş etməli olduğu bildirilib. Vətəndaşa izah olunub ki, o, bu məsələ ilə bağlı yeni abunəlik zamanı müraciət etsə idi, şirkət tərəfindən problemi həll edilmiş olardı. Hazırda isə vətəndaş sayğacın qoyulmasını özhesabına təmin etməlidir.
Qeyd edək ki, kimi qəbulda hüquq- mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirbər.






