“Antinarkotik təbliğat sahəsində fəaliyyətin gücləndirilməsi, dini radikalizm və ekstremizm, erkən nigah və onun fəsadları” mövzusunda tədbir keçirilmişdir
Dekabr ayının 1-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq göstərişi ilə əlaqədar olaraq 2023-2024-cü tədris ilində Ağcabədi rayonu ərazisində yerləşən ümumtəhsil müəssisələrində Ağcabədi rayon Polis şöbəsinin təşəbbüsü ilə “Antinarkotik təbliğat sahəsində fəaliyyətin gücləndirilməsi, dini radikalizm və ekstremizm, erkən nigah və onun fəsadları” mövzusunda silsilə tədbirlərin davamı olaraq aidiyyatı dövlət qrumlarının nümayəndələri və müvafiq sahənin mütəxəssisləri ilə birlikdə Ağcabədi rayonu C.Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Ağcabədi rayon polis şöbəsinin şəxsi heyətlə iş üzrə rəis müavini Vüsal Mirzəzadə, rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili Vüsal Səlimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova, Ağcabədi Rayonu İcra Hakimiyyəti Aparatının böyük məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbuhi Möhsümov, Ağcabədi rayonu C.Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbin direktoru Şövkət Səfərova, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı narkomaniyanın qurbanına çevrilmiş insanların həyat tərzi, onların üzləşdiyi çətinliklər, səhhətlərində yaranan problemlər haqqında məlumatlar verilərək gəncləri “ağ ölüm”dən uzaq durmağa, sağlam həyat tərzi yaşamağa səsləyiblər. Bundan başqa gənclərə narkoxassəli bitkilərin qanunsuz əkilib becərildiyi, yaxud yabanı halda bitdiyi sahələr və narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslər barədə hər hansı bir məlumat əldə edilərsə tərəddüd etmədən aidiyyəti qurumlara məlumat verməyin vacibliyi aşılanmışdır.
Tədbirdə çıxış edənlər erkən nigahın səbəbləri, acı nəticələri və bu problemlərlə bağlı digər bir sıra məsələlərdən və dini radikalizm, onun fəsadı olan ekstremizm və terrorizm nəticəsində milyonlarla insana dəyən zərərlərdən bəhs edilib.