Şriftin ölçüsü :

Saytın rəngi :

Al lalələrlə bəzənən Ağgöl Milli Parkı

18 aprel 2023 | 16:07

Ağgöl Milli Parkı bu günlərdə al lalələrlə bəzənib. Cəmi bir neçə gün ömrü olan, kövrəkliyini bənövşədən, rəngini qızılgüldən alan lalələr parkda füsunkar mənzərə yaradıb.

Sahəsi bataqlıqlardan, tipik çöl və yarımsəhra landşaftından ibarət olan Ağgöl Milli Parkı köçəri və yerli quşların, eləcə də digər heyvanların məskunlaşdığı ərazidir. Ağcabədi və Beyləqan rayonları ərazisində yerləşən bu park “ornitoloji oazis” hesab edilir.

Keçidlər