Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

07 oktyabr 2026 | 09:36

“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində milli parkın ərazisinə ümumilikdə 33 baş ceyran reintroduksiya olunub.

Hazırda milli park ərazisində ceyranların sayı təbii artım hesabına 100 başa çatıb.

Qeyd edək ki, ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpasına yönəlmiş layihə çərçivəsində 2010-cu ildən etibarən Şirvan Milli Parkından 450 baş ceyran götürülərək müxtəlif ərazilərə, o cümlədən Ağgöl Milli Parkına reintroduksiya olunub.

Ağgöl Milli Parkında ceyranların sayının artırılması regionun biomüxtəlifliyinin qorunması və təbii ekosistemlərin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Keçidlər